`İtdən soruşurlar ki, niyə hürürsən?..` - Nazirlikdən ermənilərə cavab


02:30     09 May 2016 mudafie%20nazirliyi75.jpg

İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağdakı işğal rejiminin rəsmisi, "DQR-in müdafiə naziri" kimi təqdim edilən Levon Mnasakanyan Azərbaycanı ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmaqla hədələyib.




ANS PRESS-in məlumatına görə, erməni mətbuatına müsahibə verən Levon Mnasakanyan erməni tərəfinin əlində 120 kilometri vuran silah olduğunu və lazım gələndə bunun istifadə ediləcəyini bildirib.

Qondarma DQR-in əldəqayırma “müdafiə naziri” Levon Mnasakanyanın fikirlərinə şərh vermək belə yersizdir.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən ANS PRESS-in məsələ ilə bağlı sorğusuna cavab olaraq bildiriblər ki, “ehtiyac olduğu halda Azərbaycan ərazisindəki strateji və hərbi obyektlərə, eləcə də aerodromlara zərbə vurmağa hazır” olmaları barədə cəfəng ideya ilə çıxış edən qondarma DQR-in əldəqayırma “müdafiə naziri” Levon Mnasakanyanın fikirlərinə şərh vermək belə yersizdir.

Ona yalnız Azərbaycan xalqının atalar sözünü xatırlatmaq yerinə düşər. “İtdən soruşurlar ki, niyə hürürsən? Deyir qorxuzuram! Soruşurlar quyruğun niyə əsir? Deyir: özüm də qorxuram".

"Hazırda Ermənistandakı hərbi-siyasi rejimi idarə edənlər məhz elə itlərin günündədir",- deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Açar sözlər:

Oxunub: 3256


Oxşar xəbərlər